İki Xalq artistinin məhkəməsi başladı -Ramiz Məlik barışıq istəyir

11:37 - 1 Dekabr 2017 - Cəmiyyət

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Ucnoqta.az xəbər verir ki, APA-nın məlumatına görə, məhkəmədə anket məlumatlar dəqiqləşdirilib.

 

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

 

R. Məlik APA-ya açıqlamasında barışıq tərəfdarı olduğunu deyib.

 

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

 

Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

Xəbər xətti