Azərbaycanda bu il işlə təmin olunan əlillərin sayı açıqlanıb

11:31 - 1 Dekabr 2017 - Xəbər

"Bu ilin 10 ayı ərzində 400 nəfər əlilliyi olan şəxs işlə təmin olunub".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 70 nəfər əlilliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib: "Özünəməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir".

Nazir bildirib ki, ölkədə pensiya ilə təmin olunanların 29 faizini əlilliyi olan şəxslər təşkil edir.

Xəbər xətti