Əfqanıstan prezidenti Azərbaycana gəldi

20:21 - 30 Noyabr 2017 - Xəbər

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani noyabrın 30-da Azərbaycana işgüzar səfərə gəlib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Əfqanıstan Prezidentini hava limanında Azərbaycan maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər xətti