Prezidentdən 5 sənətçi ilə bağlı - Sərəncam

18:30 - 30 Noyabr 2017 - Xəbər

Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib: Əliyeva Bəstixanım İsgəndər qızı Əliyeva Ruhəngiz Ağabala qızı Quliyeva Sima Əhməd qızı Sadıxova Nairə Hafiz qızı Tağıyeva Xatirə Sətdar qızı

Xəbər xətti