Misirin media nümayəndələri Bakı Dövlət Universitetində olublar

15:53 - 30 Noyabr 2017 - Xəbər

Misir Ərəb Respublikasının Bakıda keçirilən "İslam həmrəyliyinin güclənməsində medianın rolu" mövzusunda konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş media nümayəndələri Bakı Dövlət Universitetində (BDU) olublar.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, BDU-nun rektoru, professor Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyii İli” elan edilməsinin tarixi hadisə olduğunu bildirib. Rektor “İslam Həmrəyliyii İli” çərçivəsində ölkədə, eləcə də BDU-da keçirilən tədbirlərdən bəhs edib.

Görüşdə hər iki ölkə jurnalistləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin, konfransların keçirilməsi məsələləri müzakirə olunub.

Sonra qonaqlar jurnalistika və şərqşünaslıq fakültələrində olublar.

Xəbər xətti