Sabiq deputat vəfat edib

15:35 - 30 Noyabr 2017 - Xəbər

Azərbaycanda sabiq deputat vəfat edib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, Ağsu sakini, 1950-ci il təvəllüdlü Qulamov Hidayət Həmid oğlu evində ürək çatışmazlığından ölüb. Mərhum bu gün şəhərdəki Şeyx Dursun qəbiristanlığında dəfn edilib.
 
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı olmuş H. Qulamov daha sonra rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

Xəbər xətti