Vüqar İsmayılov Azərbaycan vergilər nazirinin vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin olunub.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bundan əvvəl V.İsmayılov nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində işləyib.
Qeyd edək ki, hazırda vergilər nazirinin 14 müşaviri fəaliyyət göstərir.