Mahmudovun üzünə duran generala hökm oxundu -10 il sökülən rütbə alınan var-dövlət

12:55 - 30 Noyabr 2017 - ÖLKƏ İÇİ

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə hökm oxunub.

 

"Ucnoqta.az" xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib.

Dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

***

Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.

***

Eyni zamanda bu cinayət işində adı keçən, nazirliyin Binəqədi rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovla bağlı da qərar verilib. Onun Mərdəkan qəsəbəsində yerləşən 250 min manatlıq əmlakının üzərinə qoyulan həbs saxlanılıb. R.Səfərov Elçin Quliyevin cinayət işində şahid kimi dindirilsə də, hazırda istintaqı davam etdirilən ayrıca cinayət işində təqsirləndirilən şəxsdir.

O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilir.//Qafqazinfo.az//

Xəbər xətti