Ermənilər Cəbrayılda yeni kənd salır - TƏXRİBAT

11:39 - 30 Noyabr 2017 - Xəbər

Yaxın aylarda ərazidə kotteclərdən ibarət yeni yaşayış kompleksinin tikintisinə başlayacaqlar

Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında süni məskunlaşdırma siyasətini davam etdirir. "Ucnoqta.az" xəbər verir ki, Modern.az Ermənistan KİV-nə istinadən məlumatına görə Cəbrayıl rayonu ərazisində, Araz çayı sahilində "Araksavan" adlı kəndin əsasını qoyan ermənilər yaxın aylarda ərazidə kotteclərdən ibarət yeni yaşayış kompleksinin tikintisinə başlayacaqlar.

Hadrutda yerləşən “Dorut Studio”nun layihə və inşaat işlərini görəcəyi layihə Arazboyu ərazilərdə kənd təsərrüfatına yararlı torpaqların becərilməsi üçün ilk mərhələ olacaq.

Xəbər xətti