Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
Ucnoqta.az “Report”a istiandən bildirir ki, Pentensiar Xidmətin rəisi Ceyhun Həsənovun əmri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.
C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.
Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.