Bakının bu rayonunda su olmayacaq

10:56 - 30 Noyabr 2017 - Xəbər

Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar 30 noyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti