Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə Qusarda keçirilən aksiya çərçivəsində 1500 ağac əkilib.
Ucnoqta.az AZƏRTAC-ıa istinadən xəbər verir ki, “Hərəyə bir ağac əkək” aksiyasını YAP Qusar rayon təşkilatı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə təşkil edib. Partiya fəallarının qoşulduğu kampaniya zamanı aqrotexnik qaydalara uyğun qoz tingləri əkilib.
Dünyada ekoloji tarazlığın pozulduğu müasir dövrdə yaşıllaşdırmanın böyük əhəmiyyətini nəzərə alaraq ağacəkmə mövsümündə, ümumilikdə, 5 min 800 tingin əkilməsi nəzərdə tutulub. Aksiya mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində meyvə və dekorativ ağacların əkilməsi ilə növbəti ilin yaz aylarına qədər davam etdiriləcək.