Misir Prezidenti Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib.
Ucnoqta.az Trend-iə istinadən bildirir ki, dövlət başçısı bölgəni terrorçulardan təmizləmək üçün komandanlara bütün qüvvələrini səfərbər etməyi əmr edib.
Qeyd edək ki, son vaxtlarda Sinayda ardıcıl terror aktları törədilib. Noyabrın 24-də isə məscidə silahlı hücum nəticəsində 300-dən çox insan həlak olub.