Ucnoqta.az
www.ucnoqta.az

Misir Prezidentindən orduya əmr: <font color=red><b>Sinayı təmizləyin!</b></font>

17:05 - 29 Noyabr 2017 tarixində dərc olunub.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib.
 

Ucnoqta.az Trend-iə istinadən bildirir ki, dövlət başçısı bölgəni terrorçulardan təmizləmək üçün komandanlara bütün qüvvələrini səfərbər etməyi əmr edib.

Qeyd edək ki, son vaxtlarda Sinayda ardıcıl terror aktları törədilib. Noyabrın 24-də isə məscidə silahlı hücum nəticəsində 300-dən çox insan həlak olub.

Müəllif: