NİDA üzvünün cəzası azaldılıb

16:12 - 29 Noyabr 2017 - Cəmiyyət

Bu gün Ali Məhkəmədə narkotik vasitələtərin qanunsuz dövriyyəsində təqsirli bilinən Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın hökmündən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Ucnoqta.az "Report"un məlumatına istinadən bildirir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan edilib.
Qərara görə, E.Qəhrəmanın cəzası 3 ilə endirilib.

Qeyd edək ki, E.Qəhrəman narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəmanın apelyasiya şikayəti təmin edilməyib.
Bundan sonra o, barəsində bəraət hökmünün çıxarılması barədə Ali Məhkəməyə müraciət edib.

Xəbər xətti