Lənkəran Şəhər Təhsil Şöbəsinə yeni müdir təyin edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, bu vəzifəyə Aslan İbrahimov təyin olunub. A.İbrahimov bundan əvvəl Lənkəran şəhər 8 saylı tam orta məktəbin direktoru olub.
Qeyd edək ki, bir müddət əvvəl Təhsil Şöbəsinin əvvəlki müdiri Şəhanə Əhmədova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.