Rusiyada azərbaycanlı iş adamı həbs olunub

15:16 - 27 Noyabr 2017 - Xəbər

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.
 

Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.
 
N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.
 
Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır.

Xəbər xətti