"Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı"nın bir sıra ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni sazişlərin imzalanmasına hazırlıq görür".
Ucnoqta.az "Report"-a istinadən xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə müsahibəsində Estoniya prezidenti Kersti Kalyulayd bildirib. Estoniya hazırda Aİ Şurasının sədr ölkəsidir.
"Biz xalqlarımız üçün daha yaxşı nəticələrin əldə olunması üzərində işləyirik", - K.Kalyulayd deyib.
Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" ölkələrinin zirvə görüşləri mühüm əhəmiyyətə malikdir: "Çünki Riqada baş tutan əvvəlki sammitdən sonra bir çox praktiki addımlar atılıb. Bu xüsusilə iqtisadi əməkdaşlığın inkişafına aiddir".
Prezident həmçinin ölkələrimizin islahatlar prosesini davam etdirməsinin vacibliyini vurğulayıb: "Avropa İttifaqı üçün həmçinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli münasibətlər prioritet məsələdir".