Bakıda 39 yaşlı kişi binanın 2-ci mərtəbəsindən yıxılıb

09:37 - 25 Noyabr 2017 - HADİSƏ

Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Əhmədov Gündüz Əmirxan oğlu Lökbatan qəsəbəsində yaşadığı binanın ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti