Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: Ölən var

15:18 - 24 Noyabr 2017 - HADİSƏ

Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.

 

Report xəbər verir ki, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığına görə dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Xəbər xətti