Moskvada Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçirilib.
“Ucnoqta.az” xəbər verir ki,Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Nikolay Patruşevlə Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
Təhlükəsizlik Şurası katibləri daim informasiya mübadiləsi, iki ölkənin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ekspertləri səviyyəsində məsləhətləşmələri nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.