Bakıda avtobus piyadanı vurub öldürdü

14:12 - 24 Noyabr 2017 - HADİSƏ

Noyabrın 23-də saat 5.00 radələrində Yasamal rayonunun Moskva prospektində Qazax rayon sakini Rafiq Əliyev idarə etdiyi “İsuzu” markalı 65 saylı xətt avtobusla yolu keçən Yardımlı rayon sakini Sazada Paşayevanı vurub. 

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində piyada yerindəcə ölüb. 
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti