Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh ƏləsgərovQazaxıstana səfər edəcək.
“Ucnoqta.az” xəbər verir ki, Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-27-ni əhatə edəcək səfərdə məqsəd Qazaxıstanın Birinci Prezident Günü münasibətilə keçiriləcək beynəlxalq parlament konfransında iştirak etməkdir.
Tədbir Astana şəhərində keçiriləcək.