Prezident İlham Əliyev deputat Madər Musayevlə bağlı sərəncam verib.
"Ucnoqta.az" AzerTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Madər Ələsgər oğlu Musayev ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iki gün sonra M.Musayevin 70 illik yubileyidir.