Amerikanın məşhur müğənnisi Rihanna doğulduğu Barbadosa gedib. O, ziyarət zamanı siması olduğu “Puma” şirkətinin saxta geyimlərinin bir mağazada satıldığını görüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı pop ulduz məsələ ilə bağlı Barbados polisinə və geyim şirkətinin rəsmi şəxslərinə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, saxta geyimləri yayan şəbəkənin başçısı Rihannanın doğma əmisi Leroy Fitzgerald Brathwaitedir.
53 yaşlı Leroy dərhal həbs olunub. Amma o, məhkəmə prosesi zamanl sərbəst buraxılıb. Vəkili şübhəli şəxsin qanuna uyğun olaraq əvvəlcədən heç bir xəbərdarlıq almadığını söyləyib.
“Ucnoqta.az” xəbər verir ki,