Kürdləri dəstəkləyən şöbə müdiri işdən çıxarıldı

16:17 - 23 Noyabr 2017 - ÖLKƏ İÇİ

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. 

 

"Ucnoqta.az" xəbər verir ki, "Report"un məlumata  görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "facebook"da və mətbuatda ciddi tənqid olunub.

 

Xəbər xətti