Qobustanda qohumlar arasında dava düşüb, yaralananlar var

00:15 - 22 Noyabr 2017 - HADİSƏ

Qobustan rayonunda qohumlar arasında dava düşüb. 

 

Ucnoqta.az xəbər verir ki, "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Cəngi yaşayış massivində qeydə alınıb. 

Belə ki, Qobustan rayonu, Ə

rəbşalbaş kənd sakini, 1989-cu il təvəllüdlü Mahir Əbdülhüseyn oğlu Hüseynov ilə dayısı oğlu, Bəklə kənd sakini, 1997-ci il təvəllüdlü Ramin Şahmirzə oğlu Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə R.Kərimov bibisi oğluna vintaçanla xəsarət yetirib, M.Hüseynov isə dayısı oğlunun başına bellə vurub. Hər iki şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qohumların Cəngi yaşayış massivində heyvandarlıqla məşğul olduqları və davanın da otlaq sahəsi üstündə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti