Nisə Qasımovadan Flora Kərimova haqda sərt Açıqlama- "Ağıllı olan az danışar"

15:11 - 21 Noyabr 2017 - MAQAZİN

Xalq artisti Flora Kərimovanın həmkarı, Milli Məclisin deputatı Zeynəb Xanlarovanı parlamentin iclasında sonuncunun aktyor Rasim Balayevin səhhəti ilə bağlı çıxışına qəzəblənərək onu sərt şəkildə tənqid etməsi ilə bağlı xəbər vermişdik.

 

Ucnoqta.az” xalq artisti Flora Kərimovanın həmkarı Milli Məclisin deputatı Zeynəb Xanlarovanı tənqid etməsi ilə bağlı digər xalq artisti Nisə Qasımovanın mövqeyini öyrənib.Nisə Qasımova baş verən qalmaqalla bağlı saytımıza açıqlamasında buna təəssüfləndiyini bildirib.

 

“Bilirsiz mənim Zeynəb xanıma olan, onun da mənə olan münasibətini hamı bilir.Biz onunla arada telefonla da danışırıq.Bir birimizə olan münasibətimiz bəllidir.Qaldı ki Flora Kərimovaya, bir misal var deyillər kim ağıllıdırsa, o az danışır.Kim düzdürsə də, o da az danışar.Mən istəmirəm onunla bağlı danışım.Zaman gələcək mən ona cavab verəcəm.Mən cılız insan və çılız söhbətlər haqda danışmıram.Ağıllı işlərlə bağlı, sənətimlə bağlı olanda geniş danışıram.”-Deyə Nisə Qasımova bildirib.

 

 

 

Xəbər xətti