Polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Samid Minaxanov saxlanılaraq şöbəyə gətirilib
Hacıqabul rayonunda telefon oğurlayan şəxs yaxalanıb.
Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul rayon sakini Kamil Quliyev oktyabrın 18-də rayon RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl şəhərin Ə.Vahid küçəsində yerləşən telefon mağazasının tavanını sındırmaqla içəriyə daxil olan şəxs(lər)in oradan 4 min manat dəyərində telefonları oğurladığını bildirib.
Polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Samid Minaxanov saxlanılaraq şöbəyə gətirilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Oğurladığı telefonlar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.