Bakı Olimpiya Stadionu (BOS) sabah futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək oyun öncəsi azarkeşlərə müraciət edib.
Ucnoqta.az BOS-un rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, stadiona gəliş-gediş sxemi təqdim edilib.
Müraciətdə bildirilir ki, stadiona gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara və İctimai Dayanacağa gedirsinizsə N qapısında yerləşən Şimal körpüsündən və Koroğlu m/s üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edəsiniz.
Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaqdır.