Bahar Muradova: "Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməlidir"

14:13 - 20 Noyabr 2017 - SİYASƏT

Azərbaycan hər zaman olduğu kimi yenə də substantiv danışıqlarda maraqlıdır və nəticələrə əsaslanmış danışıqların keçirilməsini vacib hesab edir. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O, son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında artan intensiv fəallaşmanı müsbət dəyərləndirdiyini bildirib: "Çünki müəyyən səbəblər nəticəsində bir müddət danışıqlar səngimişdi. Perspektivlərə inam qalmamışdı. Bir-birinin ardınca dünyanı silkələyən hadisələr baş verir. Belə bir məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməli və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmin bu günə qədər Qarabağ məsələsinə fərqli mövqeyinə görə, Azərbaycan tərəfi bu məsələdə daha ciddi şəkildə mövqe ortaya qoymağa və vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər irəli sürməkdə haqlıdır. Danışıqların məzmununa bu vəziyyət təsir göstərməlidir. O ki qaldı Lavrovun Azərbaycana səfərinə, hesab edirəm ki, bu səfərdən asılı olaraq gələcəkdə yüksək səviyyəli görüşlər keçirmək, görüşməməkdən, danışmamaqdan, bir-birindən qaçmaqdansa, görüşüb danışmaq daha məqsədə uyğundur".trend

Xəbər xətti