Ölkə üzrə 182 min tondan çox pambıq tədarük olunub
17:31 - 18 Noyabr 2017 - ÖLKƏ İÇİ
Noyabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 182 min 497,94 ton məhsul təhvil verilib.
Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 17-də 1784,61 ton pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 24357,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 22442,72 ton, Bərdədə 19462,57 ton pambıq tədarük edilib.