Lənkəranda mağazadan oğurluq olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Şiləvar kəndində baş verib. Naməlum şəxs və ya şəxslər axşam saatlarında kənd sakini Cavid Rəsulova məxsus mağazaya giriblər və oradan 800 manat dəyərində ərzaq məhsulları və siqaret oğurlayıblar. Hadisə ilə bağlı polisə məlumat verilib. Bu, mağazadan edilən ikinci oğurluq hadisəsidir. Faktla bağlı araşdırma aparılır.