Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayon sakini Fərhad Məmmədov polisə müraciət edərək yaşadığı evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.