Bakıda 41 yaşlı kişi intihar edib
10:46 - 18 Noyabr 2017 - HADİSƏ
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1976-cı il təvəllüdlü Pərviz Əlizahab oğlu Rəhmanov yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.