Xızıda daha 554 ədəd partlamamış sursat tapıldı

18:33 - 17 Noyabr 2017 - HADİSƏ

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

 

ANAMA-dan Ucnoqta.az-a daxil olan məlumata əsasən, noyabrın 16-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 554 ədəd partlamamış hərbi sursat (PHS), 174 ədəd partlamış-yanmış mərmi qalıqları və 397 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 753 500 kv.m (75.35 ha) ərazi yoxlanılıb.

 

Ümumiyyətlə, 71 gün ərzində  17 130 ədəd partlamamış hərbi sursat (PHS), 8 202 ədəd partlamış-yanmış sursat qalıqları və 66 471 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 68 744 785 kv.m (6 874 ha) ərazi yoxlanılıb.

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər xətti