Bu ilin sentyabrında Bakıda yük maşınının vurduğu qadın xəstəxanada vəfat edib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, cari il sentyabr ayının 26-da Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Adil Çələbiyev idarə etdiyi "KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazxanım Hacıyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 12-də orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.