Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.
İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.
Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.trend