Ucnoqta.az
www.ucnoqta.az

İranda zəlzələ qurbanlarının sayı artıb: <font color=red><b>328 ölü, 2500 yaralı</b></font>

12:49 - 13 Noyabr 2017 tarixində dərc olunub.

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.trend

Müəllif: