Noyabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda Şuranın İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və rəsmi şəxslər iştirak edəcəklər.