Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. "Report" xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.