Bu gün səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib. Nəticədə "Səməd Vurğun" bağı istiqamətinə gedən yolda tıxac yaranıb.
Belə ki, sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyib. Bu zaman avtobusun arxa tərəfi körpüyə ilişib.
Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb. Bundan sonra yolda hərəkət bərpa olunub.