Bakıda arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı materiallar Sabunçu rayon Prokurorluğuna göndərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a bildirib ki, hazırda məsələ ilə bağlı ekspertiza aparılır. Xatırladaq ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.
Mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyərək vəfat edib.
Qeyd edək ki, mərhumun dekabr ayının sonu üçün toyu olacaqmış.