Elza məşhur şeirlərindən söylədi: "Sürüşün görüm sürüşə-sürüşə hara gedirsiniz?!"

14:32 - 2 Noyabr 2017 - MAQAZİN

Bu gün səhər "Xəzər" telekanalında yayımlanan verlişlərdən birinin qonağı olan əməkdar artist Elza Seyidcahan səs-küylü şeirlərindən birini səsləndirib. Ucnoqta.az Milli.az-a istinadən xanım bəstəkarın dediyi həmin şeiri təqdim edir:


Gözlərimə gün düşəndə
Gözlərimin rəngi gülür.
Gül çəməndə,
Siz öpüşəndə.
Mən görürəm sizi
Düşünəndə...
Təpəmdə, sürüşəndə-sürüşəndə.
Sürüşün görüm sürüşə-sürüşə hara gedirsiniz?!
Üzülüşəndə...
Onda məni haraylayar, çağırarsınız
Bir-birinizə girişəndə.

Xəbər xətti