Xaçmaz rayonunda mənzildən 30 min mant dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Ucnoqta.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, oktyabrın 27-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciət edən rayon sakini, Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. Şikayətçi ərizəsində evdə heç kim olmadığı vaxtda pəncərənin dəmir barmaqlığının sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri otuz min manat olan qızıl-zinət əşyalarının oğrulandığı barədə məlumat verib.
Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Seymur Qafarzadə hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən dindirilərkən o, hadisəni törətdiyi etiraf etmişdir. Oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Tutulan S.Qafarzadə əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır.