Bakıda arı sancmasından ölüm hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.
Ölümün dəqiq səbəbləri araşdırılır.