Astarada 23 yaşlı oğlan özünü asıb

10:26 - 30 Oktyabr 2017 - HADİSƏ

Astara rayonunda gənc oğlan özünü asıb. Trend-in məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü İbrahimov Elvin Nazim oğlu özünü yaşadığı evin tavanından asıb. Ailə üzvləri onun meyitini asılmış vəziyyətdə aşkarlayıb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Astara rayoin Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Xəbər xətti