Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlir. Bu barədə “Park Cinema”nın "Facebook" səhifəsində məlumat verilib. Tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə bağlıdır. Baş rolları B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsi noyabrın 30-da keçiriləcək.
Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Əsli Ənvərin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı. baku.ws