JuHİ-nin nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib

16:13 - 24 Oktyabr 2017 - MEDİA

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ)  nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib. Toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması   yönündə təkliflər təqdim edilib.  Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib.  Dəyişikliyə əsasən, GQ  onlayn  medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin, onlayn media sahəsində çalışanların da GQ sıralarına qəbul edilmələrinə yol açıb.

Məlumat üçün bildirək ki, JuHİ nəzdində fəaliyyət göstərən Gender Qqurup Azərbaycan mediasında tətbiq edilən gender siyasətini araşdırır, bu sahədə  tədqiqatlar aparır, həmçinin, maarifləndirmə işləri həyata keçirir. Qrup  ölkə mediasında Gender balansını, həmçinin, qadın jurnalistlərin əmək şəraitini monitorinq edir. Ötən dövrdə Qrup  Azərbaycanın çap və elektron  mediasında çalışan qadın jurnalistlərin statistikasını hazırlayıb, qadın jurnalistlərə  qarşı olan münasibətə dair hesabat hazırlayıb (hesabatla bu linkdə tanış ola bilərsiz: http://juhi.az/qadin-jurnalistl%C9%99r/). Bundan sonra GQ onlayn medianı da özünün monitorinq sahəsinə daxil edərək bu sahədə də araşdırmalar aparacaq.   

 

Xəbər xətti