Bakıda sürücü iki piyadanı vuraraq hadisə yerindən qaçıb

08:25 - 21 Oktyabr 2017 - HADİSƏ

Bakının Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 3-cü mikrorayon dairəsində piyada keçidi ilə hərəkət edən 1958-ci il təvəllüdlü Əhmədov Bilal Əşrəf oğlu və 1975-ci il təvəllüdlü Yağvəliyev Sərraf Həsənbala oğlu "90-HG-553" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili tərəfindən vurulub.report Sürücü yaralıları yerdə uzanmış vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralılar taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, B.Əhmədovun vəziyyəti ağırdır. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları axtarışa başlayıb.

Xəbər xətti